İlin əvvəlindən indiyədək Bərdə rayonunda dövlət satınalmaları ilə bağlı keçirilən tenderlərin əksəriyyətini «İnpeks.N» MMC qazanıb. FED.az xəbər verir ki, ilk 5 ayda rayonda müxtəlif təşkilatlar tərəfindən keçirilən 25 tender və kotirovka sorğusunun 19-nun qalibi «İnpeks.N» MMC şirkəti olub. Nəticədə bu şirkət rayon üzrə ümumilikdə 4 milyon 152,6 min manatlıq tenderin 3 milyon 146,1 min manatlıq hissəsini əldə edib.
Eləcə də bax: 6 əczaçılıq şirkəti 8,5 milyon manatlıq tenderlərin qalibi elan edilib
Bu dövrdə «İnpeks.N» MMC Bərdə rayon İcra Hakimiyyəti Başçısının şəhər nümayəndəliyinin (3 tenderi udub), Bərdə rayon Mərkəzi Xəstəxanasının (6 tenderi udub), Mədəniyyət Nazirliynin Bərdə regional Mədəniyyət idarəsinin (10 tenderi udub) tenderlərini qazanıb.
Bu dövrdə «İnpeks.N» MMC dövlət təşkilatlarından geniş çeşiddə xidmətlər üçün vəsaitlər alıb. Şirkət mənzil fondunun əsaslı təmiri, yolların əsasli təmiri, şəhərdə abadlıq işləri, maşın və avadanlıqların alınması, bərk inventor, yumşaq inventor, mətbəə xərcləri, idarənin digər xərcləri, komputer proqramlarının alınması və yazılması, dəftərxana ləvazimatları və təsərrüfat malları, avadanlıqlar, istilik enerjisi yanacaq haqqının ödənilməsi kimi xidmətlər göstərib.
Rayondakı qalan 6 tenderdən 5-ni «Monolit RS» MMC (3 tender) və «Universal TNP» MMC (2 tender) qazanıb. Bu şirkətlərin dövlət satınalmalarından əldə etdikləri məbləğlər müvafiq olaraq 535 min manat və 427,2 min manat olub.
Bərdə rayonunun «sevimli» şirkəti – TENDERLƏRİ O UDUR
09:51
20 İyun 2019