Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən sahəvi görüşlər çərçivəsində taxıl istehsalçıları və istehlakçıları ilə görüş keçirilib.
KOBİA-dan FED.az-a bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Tədqiqatlar Mərkəzinin, Dövlət Taxıl Fondunun, “Aqrar Tədarük və Təchizat” ASC-nin və Aqrar Sığorta Fondunun nümayəndələrinin iştirakı ilə təşkil olunmuş onlayn görüşdə 30-dək sahibkarlıq subyekti iştirak edib. Görüşdə əkin sahələrinin suvarılması, taxıl istehsalı, yeni anbarların tikilməsi və subsidiyaların verilməsi barədə müzakirələr aparılıb, sahibkarların sualları cavablandırılıb.
Həmçinin onlayn görüş çərçivəsində Aqrar Sığorta Fondu tərəfindən aqrar sığorta mexanizminə dair təqdimat keçirilərək sahibkarlar maarifləndirilib. Sahibkarların aqrar sığorta ilə bağlı sualları cavablandırılıb.