"Qara Çay" Holdinq inşaat, kənd təsərrüfatı, otelçilik, atçılıq idmanı kimi sahələri, kənd təsərrüfatı və inşaat texnikalarının satış və icarəsini öz fəaliyyət dairəsində cəmləşdirən iri bir şirkətdir. Bir çox nazirlik və hökumət orqanları ilə əməkdaşlıq edən şirkət həm Bakıda, həm regionlarda, həm də bir sıra xarici ölkələrdə müxtəlif layihələrin müəllifidir.
Hazırda “Qara Çay” holdinqin Əfqanıstan və Özbəkistanda başlayan layihələri üçün İnşaat mühəndisləri tələb olunur.
Vəzifə öhdəlikləri:
Təyin edilmiş ərazidə tikinti-quraşdırma işləri planının işçi çertyojlarına, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətdə yerinə yetirilməsinin təmin edilməsi;
Tikinti-quraşdırma işlərinin təfsilatlı iş proqramının hazırlanması və arası kəsilmədən tam gücü ilə texnoloji ardıcıllığa uyğun olaraq işləməsinə nəzarət edilməsi;
İşçi heyəti və podratçının vaxtlı-vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vəsaitlərin düzgün texniki istismarına, xammal, yanacaq və materialların qənaətlə istifadəsinə operativ nəzarətin həyata keçirilməsi;
Tikintinin gedişində qarşıya çıxan xətaların aradan qaldırılması;
Tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələrin hazırlanması;
Tikintinin planlaşdırılması, iş yerlərinin təkmilləşdirilməsi, qabaqcıl üsulu və metodların fəaliyyətində tətbiq olunması;
Sahənin tikinti fəaliyyətinin nəticələrini, boşdayanma və ya iş və xidmətin keyfiyyətinin aşağı düşməsi səbəblərinin təhlil edilməsi;
İstifadə olunan mal-material, xərclər, görülən işlərin və xidmətlərin operativ uçotunun aparılması, gündəlik və aylıq hesabatların hazırlanması;
İşçilər tərəfindən texnoloji və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət edilməsi;
Eləcə də bax : "RabitəBank" işçi axtarır - VAKANSİYA
Eləcə də bax : "Bank Respublika" işçi axtarır - VAKANSİYA
Namizədə qoyulan tələblər:
Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi;
İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
MS Office proqramları, AutoCAD;
Azərbaycan, Rus, İngilis dilləri (MÜTLƏQDİR);
İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
Məsuliyyətlilik;
Komandada işləmək bacarığına malik olmaq, eləcə də müxtəlif və çox funksionalı komandada əməkdaşlıq edə bilmək;
Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində “İnşaat mühəndisi” və işləmək istədiyi ölkənin adını (Əfqanıstan və ya Özbəkistan) qeyd edərək [email protected] elektron ünvanına