Veysəloğlu MMC
Daxili Nəzarət üzrə Aparıcı Mütəxəssis
Son tarix 23 noy 2026 - [email protected]
"Veysəloğlu" MMC İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğunda, "Daxili Nəzarət üzrə Aparıcı Mütəxəssis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
Vəzifə öhdəlikləri:
- Daxili nəzarət, daxili audit, təftiş və ya risklərin idarəedilməsi sahəsində praktiki iş təcrübəsi;
- Distribusiya, FMCG, pərakəndə satış və ya oxşar əməliyyat mühitində təcrübə üstünlükdür;
- Daxili nəzarət və yoxlama metodologiyaları üzrə praktiki biliklər;
- Biznes proseslərinin və mövcud nəzarət mexanizmlərinin təhlili üzrə praktiki bacarıq;
- Risk, nəzarət boşluğu və uyğunsuzluqları müəyyən etmək bacarığı;
- Yoxlama zamanı fakt və sübutların toplanması, təhlili və nəticələrin əsaslandırılması bacarığı;
- Aşkarlanmış uyğunsuzluqların kök səbəbinin (Root Cause Analysis) müəyyən edilməsi bacarığı;
- Düzəldici və preventiv tədbirlərin hazırlanması və icrasının izlənilməsi üzrə bilik;
- Prosedur və iş axışlarının təhlili, çatışmazlıqların müəyyənləşdirilməsi və təkmilləşdirmə təkliflərinin hazırlanması bacarığı;
- Microsoft Excel proqramında yaxşı səviyyədə işləmək və məlumatların təhlili bacarığı;
- SAP proqramında işləmək bacarığı üstünlükdür;
- Böyük həcmli məlumatların təhlili və uyğunsuzluqların müəyyən edilməsi bacarığı;
- Yoxlama nəticələri üzrə peşəkar hesabat və analitik təqdimat hazırlamaq bacarığı;
- Analitik və risk əsaslı düşüncə tərzi;
- Diqqətlilik, obyektivlik, və məxfilik;
- Yüksək ünsiyyət və əməkdaşlıq bacarıqları;
- Sahə yoxlamaları və ezamiyyətlərdə iştirak etməyə hazır olmaq.
Tələblər:
- Ali (İqtisadiyyat, Menecment, Mühasibat Uçotu, Maliyyə və Audit); CIA, ACCA/CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük hesab edilir;Məsuliyyətlilik, operativlik, diqqətcil, ünsiyyət bacarığı; problem həll etmə, analitik düşünmə bacarığı;
- Maliyyə, mühasibatlıq, daxili audit, xarici audit, təftiş, inventarizasiya və ya digər oxşar sahələrin idarə etməsində ən azı 3 illik təcrübə;
- Azərbaycan dilini əla bilməli, ingilis və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti arzu olunandır;
- MS Office (Word və Excel), xüsusi ilə Excel proqramında təhlil və analitik işləmə bacarığı, Mikro sistemlərindən və əl terminallarından istifadə etmək;
- SAP biliyi.
Əmək haqqı: Müsahibə əsasında təyin edilir
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ödənişi.
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Daxili Nəzarət üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.














