“Bank Respublika” ASC Şimal regionunda (Quba, Qusar, Xaçmaz və Şabran) “Hüquqşünas” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• İddia ərizələrinin tərtib edilməsi;
• Məhkəməyə hazırlıq mərhələsində olan işlərin məhkəməyə verilməsini təmin etmək;
• Məhkəmə iclaslarında Bankı təmsil etmək;
• İddia tələblərinin təmin edilməsi məqsədilə qanunvericiliyin tələblərindən tam şəkildə istifadə etmək;
• Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlardan zərurət yarandığı hallarda şikayət vermək;
• Məhkəmə qərarlarının vaxtında icraya yönəldilməsinə nəzarət etmək və dəstək vermək;
• İcra məmurunun qərarından, hərəkətindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət vermək;
• Bankın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin Bankın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini Bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
• Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinə dəstək olmaq;
• Səlahiyyətləri daxilində yuxarı rəhbərlərin tapşırıqlarını icra etmək.
Eləcə də bax : "Unibank" işçi axtarır - VAKANSİYA
Eləcə də bax : "AccessBank" işçi axtarır - VAKANSİYA
Namizədə qarşı tələblər:
• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
• Məhkəmə işlərinin aparılması sahəsində ən azı 3 il iş təcrübəsi;
• Mülki, mülki-prosessual, icra, ipoteka haqqında və bank qanunvericiliyini mükəmməl bilməli;
• Azərbaycan dili sərbəst, rus və ingilis dili arzuolunandır;
• MS Office (Word, Excel) proqramlarını mükəmməl bilməli;
• Banka və onun missiyasına yüksək sadiqlik;
• Yüksək şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 aprel 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.