2021-ci ilin dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinə ölkədə yarmarkaların təşkilinə və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinin genişləndirilməsi üçün ayrılan vəsaitlər tam istifadə edilib.
Eləcə də bax: Bakı və Abşeronda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları - KEÇİRİLƏCƏK - ÜNVANLAR
FED.az xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası" ilə bağlı Qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
Onun sözlərinə görə, 2021-ci ilin dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinə yarmarkaların təşkili üçün 200 min manat, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinin genişləndirilməsi üçün 1 milyon 200 min manat vəsait ayrılıb.
Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsindən büdcə xərclərinin funksional təsnifatının "Kənd təsərrüfatı" bölməsi üzrə nəzərdə tutulan proqramların ("Bitkiçilik sahəsinin inkişafı" , "Heyvandarlıq sahəsinin inkişafı", "Kənd təsərrüfatı sahəsinin istehsal vasitələri ilə təminatının yaxşılaşdırılması", "Aqrar sığorta bazarının inkişafının dəstəklənməsi", "Kənd təsərrüfatı ilə əlaqədar istehsal müəssisələrinin , xidmət və ticarət sahələrinin inkişafı ) həyata keçirilməsi nəticəsində əkinlərin becərilməsinin stimullaşdırılması , bitkiçilik sahəsində məhsuldarlığın , məhsuldar və keyfiyyətli toxuma ,eləcə də ətə , südə olan təlabatın təmin edilməsində daxili istehsalın payının artırılması və ərzaq təhlükəsizliyi üzrə mühüm hədəflərə nail olmaq üçün 2021-ci il üçün 918 milyon manat vəsait nəzərdə tutulurdu. (Report)