"Azərbaycanda bu il dövlət xətti ilə aqrar sığorta hesabına yığılan sığorta haqlarının ümumi məbləği 4 milyon manata yaxınlaşıb".
Eləcə də bax: Azərbaycanda aqrar sığortanın inkişafına gələn il - 5 Mln Manat Xərclənəcək
FED.az xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondundan bildirilib.
Fonddan bildirilib ki, indiyə qədər 10 000-dən çox mal-qara, 20 000 hektar bitkiçilik sahəsi sığortalanıb: "Yaxın vaxtlarda aqrar sığortanın əhatə dairəsi bir qədər də genişləndiriləcək. Ərzaq üçün nəzərdə tutulan bütün növ bitkilərin sığortalanması nəzərdə tutulub. Sığorta paketinə təkcə südlük deyil, həmçinin ətlik istiqamətlərdə yetişdirilən heyvanların - qoyun və keçi təsərrüfatları da əlavə olunacaq".
Hazırda Fond 60 bölgədə fəaliyyət göstərir. (Report)