Rusiya tərəfi Azərbaycanın kənd təsərrüfatı mallarının ölkəyə buraxılmasını asanlaşdırıb, nəticədə iki ölkə arasında ticarət artmağa başlayıb.
Ukrayna müharibəsi qarpız bazarını «partladıb» - AZƏRBAYCAN ŞİRKƏTLƏRİ PUL QAZANIR
"Yağışlar vəziyyəti çətinləşdirib, məhsuldarlıq 10 faiz aşağı düşüb"
FED.az xəbər verir ki, bu məsələ noyabrın 16-da Azərbaycan Baş naziri Əli Əsədovla Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvertin görüşündə müzakirə edilib.
Görüşdə qeyd edilib ki, ötən dövrdə iki ölkə arasında ticarətə nəzarət sistemi qurulub ki, bu da ticarətin artmasına səbəb olub.
Nəticədə bu ilin 10 ayı ərzində iki ölkə arasında ticarət 20%-dən çox artıb. O cümlədən Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları və onların emalı məhsullarının ixracı 2022-ci illə müqayisədə dəyər ifadəsində 15 faizdən çox artıb.
Görüşdə qeyd edilib ki, Azərbaycandan Rusiyaya ixrac edilən mallara nəzarət yumşalıb, daha dəqiqi kənd təsərrüfatı məhsullarının idxalına girişdə nəzarət prosedurları sadələşib.
Bu, ötən illərlə müqayisədə cari ildə Rusiyaya ixrac edilən məhsullarda aşkarlanan zərərvericilərin sayının xeyli azalmasına gətirib çıxaran birgə tədbirlər sayəsində mümkün olub.
Tərəflər hər iki ölkədə nəzarət sisteminin ekvivalentliyinin tanınması prosesində əldə olunan irəliləyişdən məmnunluq ifadə ediblər.
Görüşdə, həmçinin heyvanlarda transsərhəd xəstəliklərlə mübarizə və onların profilaktikası üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.