"Azərbaycan-Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın həcmi 5,7 milyard ABŞ dollarına çatıb, 2026-cı ilin ilk 8 ayında isə bu göstərici artıq 3,2 milyard dollar təşkil edib".
FED.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanın Türkiyəyə investisiyalarının həcmi 20 milyard dollara, Türkiyənin Azərbaycana investisiyaların həcmi 18 milyard dollara çatıb: “Azərbaycanda azad edilmiş ərazilər də daxil olmaqla, 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir". (Apa)













