PASHA Insurance
Məhkəmə və icra şöbəsinin rəhbəri
Son tarix 15 okt 2026 - Müraciət et
Məhkəmə və icra şöbəsinin rəhbəri
Vakansiya haqqında məlumat:
- PAŞA Sığorta ASC namizədləri Məhkəmə və icra şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
- Bu vəzifə Məhkəmə və icra şöbəsinin fəaliyyətini təşkil və idarə edərək şirkətin məhkəmə, mediasiya və icra proseslərində hüquqi maraqlarının effektiv müdafiəsini, məhkəmə aktlarının icrasını və müvafiq hüquqi risklərin idarə edilməsini təmin edir. Məhkəmə təcrübəsinin təhlili əsasında şirkətin proses, məhsul və xidmətlərinin təkmilləşdirilməsi üzrə təşəbbüslərə rəhbərlik edir, dövlət orqanları və digər şəxslərlə münasibətlərdə şirkətin hüquqi maraqlarının qorunmasını həyata keçirir.
Öhdəliklər
- Cəmiyyətin məhkəmələrdə, mediasiya və icra proseslərində hüquqi maraqlarını müdafiə etmək, müvafiq prosessual sənədlərin hazırlanmasını təmin etmək;
- Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə şirkətin hüquqi maraqlarının müdafiəsini təmin etmək;
- Məhkəmə qərarlarını təhlil etmək, məhkəmə mübahisələrinə səbəb olan halları araşdırmaq və aradan qaldırılması üçün təkliflər vermək;
- Məhkəmə təcrübəsinə əsasən Cəmiyyətin daxili proseslərinin, məhsul və xidmətlərinin təkmilləşdirilməsi üzrə təşəbbüslər irəli sürmək;
- Məhkəmə və icra işlərinin qeydiyyatını aparmaq və dövri hesabatlılığı təmin etmək;
- Sığorta ödənişindən imtina barədə hazırlanmış məktubların hüquqi əsaslandırmasına dair rəy verilməsini təmin etmək;
- Şöbənin fəaliyyətinə aid məsələlər ilə bağlı məktub, ərizə və şikayətlərə cavab hazırlanmasını təmin etmək.
Bilik və Bacarıqlar
- Mülki, mülki-prosessual, sığorta, inzibati və vergi qanunvericiliyi üzrə dərin biliklər;
- Güclü liderlik, strateji düşünmə, planlaşdırma və təşkilatçılıq bacarıqları;
- Böhran vəziyyətlərində və məhdud zaman çərçivəsində əsaslandırılmış qərarlar qəbul etmə bacarığı;
- Mürəkkəb və yüksək riskli məhkəmə işləri üzrə effektiv qərarvermə;
- Yüksək səviyyədə ünsiyyət, təsiretmə və maraqlı tərəflərin idarə edilməsi bacarıqları;
- Nəticəyönümlülük, təşəbbüskarlıq, yüksək məsuliyyət və məxfilik prinsiplərinə sadiqlik;
- Dil bilikləri: Azərbaycan və İngilis dillərində peşəkar yazı və ünsiyyət bacarıqları.
Təhsil və Təcrübə
- Ali hüquq təhsili;
- Hüquq sahəsində (xüsusilə məhkəmə təmsilçiliyi üzrə) ən azı 3 il iş təcrübəsi.
Biz Sizə Təklif Edirik
Dəyər yaradan işlər
- Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.
Birlikdə güclənən komanda
- Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.
Davamlı inkişaf imkanları
- Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.
Etimada əsaslanan iş mühiti
- Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Head of Litigation and Enforcement Division and become a member of our professional team.
This role involves organizing and managing the activities of the Litigation and Enforcement Division to ensure the effective defense of the company's legal interests in court, mediation, and enforcement proceedings, as well as managing relevant legal risks. The role holder will lead initiatives to improve the company's processes, products, and services based on the analysis of judicial practice and will protect the company's legal interests in relations with state bodies and other parties.
Responsibilities
- Defend the Company's legal interests in courts, mediation, and enforcement proceedings, ensuring the preparation of relevant procedural documents;
- Safeguard the company's legal interests in relations with government authorities, legal entities, and individuals.;
- Analyze court decisions, investigate the causes of disputes, and provide proposals for their resolution;
- Initiate improvements to the Company's internal processes, products, and services based on judicial practice;
- Maintain records of court and enforcement cases and ensure periodic reporting;
- Ensure the provision of opinions on the legal justification for letters regarding the denial of insurance claims;
- Ensure the preparation of responses to letters, applications, and complaints related to the department's activities.
Knowledge and Skills
- In-depth knowledge of civil, civil procedure, insurance, administrative, and tax legislation;
- Strong leadership, strategic thinking, planning, and organizational skills;
- Ability to make well-founded decisions in crisis situations and under time constraints;
- Effective decision-making in complex and high-risk court cases;
- High-level communication, influencing, and stakeholder management skills;
- Result-orientation, proactiveness, a high sense of responsibility, and adherence to confidentiality principles;
- Language skills: Advanced written and verbal proficiency in Azerbaijani and English.
Education and Experience
- Higher legal education;
- At least 3 years of work experience in the legal field, particularly in court representation.
What We Offer
Meaningful Work
- Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change.
A Team That Grows Together
- Opportunity to work in a professional, supportive, and collaborative team environment.
Continuous Development Opportunities
- Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience.
A Trust-Based Work Environment
- A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported.
Only candidates who meet the initial selection criteria will be contacted.
Interested candidates can apply by clicking the link provided in the "Apply" button.













