Aqrar Sığorta Fonduna fermerlərin ən çox müraciətləri təbii fəlakətlərlə bağlı olur. Bu müraciətlər əsasən fırtına, dolu, sel və su basması hallarını əhatə edir.
Fermerlər 16,3 milyon manat ödəyib, 482,4 milyon manatlıq təminat alıblar – AQRAR SIĞORTA
FED.az xəbər verir ki, bu sözləri Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova deyib.
O bildirib ki, fondun fəaliyyət göstərdiyi gündən indiyədək həyata keçirilən sığorta ödənişlərinin 86 faizindən çoxu fırtına, dolu, sel və su basması riskləri ilə bağlı olub.
“Bu il yağıntılı il olduğundan fermerlərdən daxil olan müraciətlərin əksəriyyəti qeyd olunan risklərlə bağlı olub. Təxminən 383 fermerdən 253-ü sırf dolu, sel və su basma riskləri ilə bağlı müraciət edib”, - deyə o qeyd edib.
Fond rəsmisi işğaldan azad edilmiş ərazilərin də riskli bölgə olduğunu və fermerlərdən xeyli sayda müraciət daxil olduğunu bildirib.












