Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-də yeni təyinat olub.
FED.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Telman Xıdırov "Aqrar Tədarük və Təchizat" ASC-də Meyvə-tərəvəz tədarükü şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, T.Xıdırov 2021-ci ildən yeni təyinata qədər bir sıra supermarket şəbəkələrində müxtəlif vəzifələrdə çalışıb. (Oxu.az)












