Tikinti kimyəvilərinin istehsalı sahəsində fəaliyyət göstərən və Mr.Fix brendi ilə tanınan “Kartaş” MMC-nin marketinq departamentinə yeni rəhbər təyin edilib.
FED.AZ xəbər verir ki, bu vəzifəyə marketinq və ictimaiyyətlə əlaqələr sahəsində 15 illik peşəkar təcrübəyə malik Ləman Səfərli təyin olunub. L.Səfərli 14 sentyabr 2026-cı il tarixindən etibarən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Ləman Səfərli 2012-ci ildə Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi alıb. O, 2010-cu ildə Oslo Yay Məktəbində, 2014-cü ildə isə Çexiyanın Masaryk Universitetində təkmilləşdirmə proqramında iştirak edib. Daha sonra Böyük Britaniyanın tanınmış University of Roehampton universitetində MBA proqramı üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 2011-ci ildə başlayan Ləman Səfərli bu müddət ərzində müxtəlif tanınmış şirkət və qurumlarda marketinq və ictimaiyyətlə əlaqələr istiqamətində rəhbər və məsul vəzifələrdə çalışıb.
O, yeni təyinatından əvvəl “FINCA Azerbaijan” Bank Olmayan Kredit Təşkilatında Marketinq departamentinin direktoru, “Xalq Sığorta” şirkətində Marketinq şöbəsinin müdiri, İcbari Sığorta Bürosunda PR menecer – Mətbuat katibi, həmçinin RAM Holding-in tərkibində fəaliyyət göstərən “Prior Leasing” ASC-də Marketinq üzrə şöbə rəhbəri vəzifələrində çalışıb













