Ramton Holding
Müştəri müraciətləri üzrə mütəxəssis
Son tarix 15 okt 2026 - [email protected]
İş şəraiti
- Əmək haqqı: Bonus daxil minimum 1100 AZN
- İş saatları: Növbəli iş qrafiki
- Ünvan: Nərimanov, Çinar Park Biznes Mərkəzi
Vəzifə öhdəlikləri
- Kredit üçün müraciət edən müştərilərlə əlaqə saxlanılması;
- Kredit məhsulları haqqında ətraflı məlumat verilməsi və satışın həyata keçirilməsi;
- Kredit prosesinin sistem üzərindən icra olunması və müraciətlərin işlənməsi;
- Müraciətlərin izlənilməsi və prosesin sonadək icra olunması;
- Məlumatların sistemdə düzgün qeydiyyata alınması.
Namizədə tələblər
- Xanım namizəd;
- Azərbaycan dilində səlis danışıq;
- Rus dili biliyi arzuolunandır;
- Müştərilərlə düzgün və nəzakətli ünsiyyət bacarığı;
- Satış yönümlü düşüncə və inandırma bacarığı;
- Kompüter və sistemlərdən istifadə bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Kredit və satış sahəsində minimum 2 il iş təcrübəsi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.













