Aqrar

Aqrar sığortanın - NƏ VAXT İŞƏ DÜŞƏCƏYİ AÇIQLANIB

Aqrar sığortanın - NƏ VAXT İŞƏ DÜŞƏCƏYİ AÇIQLANIB | FED.az
12:21 7 Fev 2020

“Bu ilin iyun ayında heyvandarlıq məhsullarının, ilin sonunda isə bitkiçilik məhsullarının siğorta edilməsi prosesinə start veriləcək”.

FED.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

Eləcə də bax: Aqrar sığortada təminat verilən – RİSKLƏRİN TƏRKİBİ TƏSDİQLƏNDİ - SİYAHI

Onun sözlərinə görə, ölkədə aqrar siğortanın tətbiqi ilə bağlı Aqrar Sığorta Fondunun yaradılması prosesi tam yekunlaşıb: "Hazırda sığorta məhsullarının növləri və tarifləri ilə bağlı məsləhətləşmələr aparılır. Fermerlərin fikirləri öyərnilir. Eyni zamanda, aqrar sığorta bazarının həcmi araşdırılır. Yəni, bu sahədə mövcud olan risklər və tariflərin tənzimlənməsi məsələsi nəzərdən keçirilir”.

M.Əliyev qeyd edib ki, Siğorta Fondunun işlərinin əsas icrası ilə məşğul olan idarəedici şirkətin qurulması istiqamətində müvafiq məsləhətləşmələr aparılır: “Bütün bu proseslər Aqrar Siğorta Fondunun strukturu tərəfindən hazırlanır və mütəmadi olaraq müxtəlif nazirliklərin nümayəndələrindən ibarət olan Müşahidə Şurasına məruzə edilir və müvafiq dəstək verilir. Müşahidə Şurasında Azərbaycan Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Fermerlər Assosiasiyasının nümayənədələri təmsil olunur”.

Qeyd edək ki, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən bitkiçilik sahəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədi ilə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru siğortalanacaq. Bununla yanaşı, idxalın əvəzedilməsi və ixrac potensialının gücləndirilməsi məqsədilə portağal, limon, naringi, çay, tütün, çəltik, üzüm, fındıq, pambıq siğortalancaq. Bununla yanaşı, heyvandarlıq sahəsində 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar siğorta ediləcək. Suda yetişdirilən məhsullar üzrə akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə balıqların sığortası təmin ediləcək.

Report

Digər xəbərlər