Azərbaycanda yeni fəaliyyətə başlayan və ölkədə aqrar sığorta sistemini təşkil edən Aqrar Sığorta Fodunun kapitalı artırılıb.
Nazirlər Kabineti özünün 2019-cu il 11 dekabr tarixli 472 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Fondunun Nizamnaməsi”ndə dəyişiklik edib.
FED.az xəbər verir ki, dəyişikliyə əsasən Aqrar Sığorta Fondunun nizamnamə kapitalı 1 milyon manatdan 9 milyüon manata yüksəldilib.
Qərara əsasən nizamnamə kapitalı 3 mənbədən istifadə etməklə artırılacaq. Belə ki, artırılacaq 8 milyon manatın 2,3 milyon manatı 2020-ci ilin dövılət büdcəsində nəzərdə tutulan və Aqrar Sığorta Fondunun nizamnamə kapitalı üçün nəzərdə tutulan vəsaitdən götürülüb. Nazirlik 10 gün ərzində bu vəsaiti fonda köçürməlidir. 1,7 milyon 2021-ci ilin dövlət büdcəsindən ayrılacaq. Digər 4 milyon manat isə Fondun xeyrinə 5 il müddətinə 4 milyon manat məbləğində sadə faizsiz şərtli veksel verilməsi formasında ayrıəlacaq. Fondun likvidlik riski olduqda, Fondun Himayəçilik Şurasının Qərarı əsasında veksel üzrə müvafiq həcmdə ödəniş həyata keçiriləcək.