“Agro Dairy” şirkətinin icraçı direktoru Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
AQTİ-nin idarə heyətinə yeni sədr - TƏYİN EDİLİB - FOTO
FED.az xəbər verir ki, 24 iyul 2023-cü il tarixində Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının növbəti iclası keçirilmişdir. Dövlət qurumlarının nümayəndələri, taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarlar, bu sahədəki mövcud vəziyyəti, habelə sənayenin inkişafı istiqamətində həll yollarını müzakirə etmək üçün bir araya toplanıb.
İclasın əsas məqamlarından biri yeni İdarə Heyəti sədrinin və İdarə Heyətinin üzvlərinin seçilməsi olmuşdur. İclasda səs çoxluğu ilə “Agro Dairy” şirkətinin icraçı direktoru cənab Niyazi Əmirbəyov İdarə Heyətinin sədri vəzifəsin təyin edilmişdir.
Assosiasiyanın sədri Niyazi Əmirbəyov kənd təsərrüfatının rolunun vacibliyini, son bir ildə taxıl istehsalının əvvəlki illərə nisbətən artdığını, bunun da həmin sektorun fəal inkişafının göstəricisi olduğunu qeyd etmişdir.
İclasın digər mühüm nəticəsi dövlət qurumları ilə özəl sektor arasında davamlı dialoqun təmin edilməsi olmuşdur ki, bu da aqrar sahədə vəziyyətin yaxşılaşmasına müsbət töhfə verəcəkdir.