Avropanın ən qədim dövlətlərindən biri olsa da, azərbaycanlılar Slovakiyanı bir qədər əvvəl, Çexoslovakiya parçalanandan sonra tanıdılar.
FED.az məlumat verir ki, indi Slovakiya Respublikası Mərkəzi Avropada yerləşir. Şimalda Polşa və Çexiya, şərqdə Ukrayna, cənubda Macarıstan və qərbdə Avstriya ilə həmsərhəddir. Ölkənin paytaxtı Bratislavadır, Vyana Bratislavaya o qədər yaxındır ki, 1936-cı ilə qədər iki şəhər arasında şəhər tramvayı işləyirdi. Slovakiyanın ən böyük şəhərlərinə Trencin, Kositce və Presov da daxildir.
Təbiət Slovakiyaya səxavətini əsirgəməyib. Dunay çayı, Tatrasın gözəl mənzərəli münbit vadiləri, unikal mağaralar, 9 milli park ölkənin fəxridir.
Eləcə də bax: Krımda xaricilərə torpaq almaq – QADAĞAN EDİLDİ
Təbiət mənzərələri və qarlı dağlarla yanaşı, qədim qəsrlər və tarixi yerlər, 1200 istilik və mineral bulaqlar və 22 tibb kurortu - bütün bunlar Slovakiyanı həm istirahət, həm də turizm üçün çox cəlbedici bir məkana çevirir. Dadara Dağlarındakı qış idmanları və alpinistlik mərkəzləri, ölkənin hər yerindəki mineral bulaqlar, tarixi şəhərlər ölkəyə çox sayda turist gətirir.
Xizək sürənlər üçün «ikinci ev»
Slovakiya son vaxtlaradək post sovet ölkələrinin əmlak alıcıları üçün cəlbedici olmasa da, xizək sürməyi və Avropa həyat tərzini sevənlər üçün «ikinci ev» olmağı bacarıb. Ölkədəki iqtisadi-siyasi sabitlik və aşağı vergi dərəcələri də xariciləri cəlb edir. Paytaxt Bratislavaya təyyarə ilə yanaşı, qonşu ölkələrdən, məsələn, Vyanadan avtomobil və qatarla da gəlmək olar.
Slovakiyada daşınmaz əmlak və ya kommersiya əmlakı almağın digər asanlıqla yaşayış icazəsinin alınmasıdır. Bratislavada və ya Yüksək Tatrasda mənzil almaqla nəinki dincəlmək, həm də problemsiz Mərkəzi Avropanı gəzmək mümkündür.
Əmlak qiymətləri və həyat
Beynəlxalq əmlak qiymətlərini araşdıran «Nimbeo» agentliyinin məlumatına görə, 2019-cu ildə Slovakiyada əmlakın orta qiyməti kvadratmetr üçün 1457 avro, şəhər mərkəzlərində ortalama 1896 dollar, şəhər kənarında isə 1430 avro təşkil edir. Ölkədə orta aylıq əmək haqqı 803 avrodur. Amma əmlakın yerləşməsindən asılı olaraq qiymətlər kəskin fərqlənir.
Bratislava - Romalıların tikdiyi şəhər
Çoxları bilmir ki, Slovakiyanın paytaxtı Bratislava Qədim Romalılar tərəfindən salınıb və artıq orta əsrlərdə mühüm ticarət mərkəzinə çevrilib. Qonşu Vyanaya olduqca yaxın olan Bratislava gözəl, rahat və yaşamaq üçün Vyanadan qat-qat ucuz şəhərdir.
İnkişaf etmiş nəqliyyat infrastrukturu olan bu kiçik şəhər xaricilərin əmlak alması üçün əlverişli yerdir. Amma qəribə olsa da, orada daşınmaz əmlakı icarəyə götürmək olduqca çətin bir iş sayılır. Buna görə də həqiqətən bu şəhərin mərkəzində az adam yaşamağa ehtiyac duyur.
Burada həm köhnə, həm də yeni tikililər var, qiymətlər isə şəhər mərkəzində kvadratmetr üçün orta hesabla 2 948 avro, şəhər kənarında 2157 avro təşkil edir. Şəhərin ən bahalı ərazisi Stare Mesto rayonundakı mənzillərdir.
Mərkəzdən kənarda daşinmaz əmlak
Slovakiyanın ikinci böyük şəhəri olan Kositse və ölkənin mərkəz hissəsindəki mədənçilərin populyar turizm şəhəri Banska Ştiavnica, cəmi 30-50 min avroya "ikinci eviniz" ola bilər. Daşınmaz əmlakın ən aşağı qiymətləri Nitra şəhərindədir.
Daşınmaz əmlak bazarındakı yerli mütəxəssislərin fikrincə, həm yerli alıcılar, həm də xarici investorların daşınmaz əmlaka olan tələbatının artması fonunda Slovakiyada mənzil qiymətləri 2018-ci il ərzində artım halında davam edib.
Hazırda ən yüksək qiymətlər də paytaxtdadır - kvadrat metr üçün 2 072 avro. Trensin regionunda qiymətlər 1 146 avro, Ililina regionunda 1099 avro, Kosice regionunda isə 1 046 avrodur.
Kurort bölgəsində əmlak
Xizək kurortları Yüksək və Aşağı Tatralar Slovakiya-Polşa sərhədində yerləşən Karpat dağlarının bir hissəsidir. Onlar haqlı olaraq Şərqi Avropanın ən yaxşı və ucuz xizək kurortları hesab olunurlar. Tatrada qar dekabrdan may ayının əvvəlinə qədər davam edir. Tatrasda əmlak almaq olduqca çətindir, çünki bir neçə il əvvəl bölgədə həddindən artıq sürətlənmiş urbanizasiyadan qorunmaq üçün inşaatın sərt qaydaları tətbiq olundu, bəzi kəndlərdə isə tikinti işləri tamamilə qadağan edildi. Slovakiyada bir çox termal kurortlar və palçıqla müalicə mərkəzləri də var.
Kirayə qiymətləri
Slovakiyada daşınmaz əmlakın icarəsi bazarı hələ formalaşmayıb, təkliflər çox olsa da, kifayət qədər müştəri yoxdur. Ona görə də, Slovakiyada qonşu Çexiya və Avstriyadan fərqli olaraq daha çox sərfəli variantları təklif edilir.
Bratislavada mənzillərin kirayəsi sahəsi ilə bağlı dəyişir. Paytaxtın Stare Mnesto rayonunda hər kvadrat metr üçün 11,5-12,5 avro arasındadır. Qonşu Ruzinov və Nove Mnesto bölgələrində isə kvadratmetir üçün aylıq kirayə haqqı 8,8-10,6 avrodur. Numbeo.Com beynəlxalq əmlak resursunun məlumatlarına görə, Bratislavanın mərkəzində 1 otaqlı mənzillərin orta kirayə qiyməti şəhər mərkəzində 500-800 avro (orta rəqəm 627 avro), şəhər kənarında 380-600 avrodur (orta rəqəm 474 avro). 3 otaqlı mənzillərin kirayə qiyməti isə şəhər mərkəzində 800-1300 avro (orta rəqəm 1034 avro), şəhər kənarında isə 600-1000 avro (orta rəqəm 760 avro) təşkil edir.
İqtisadi perspektivləri
Slovakiya Şərqi Avropanın ən uğurlu keçid iqtisadiyyatlarından birini yaşayan ölkədir. 1993-cü ildə Çexoslovakiya dağılandan sonra Slovakiya bir müddət kölgədə qaldı - Çexiya həm turizm, həm də miqrantlar üçün daha cəlbedici görünürdü. Amma iqtisadi artım və gözəl təbiəti tədricən Slovakiyaya da marağı artırdı. 2003-cü ildə NATO-ya, 2004-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) və Avropa İttifaqına (AB) üzv olması, 2007-ci ildə Şengen zonasına daxil olması Slovakiyaya böyük imkanlar yaratdı. Digər tərəfdən, Kia, Volkswagen və Peugeot Citroen-in kimi avtomobil nəhənglərinin Slovakiyada böyük zavodlar açması ölkə iqtisadiyyatını gücləndirdi. Son illər Slovakiya illik 1,5-2,4%-lik iqtisadi artımla Avropa Birliyinin liderlərindən biridir.
Sabit iqtisadiyyat mənzil qiymətlərinə də ucuzlaşmağa imkan vermir, əksinə tədricən bahalaşdırır. 2017-ci ilin əvvəlində ölkə üzrə kvadratmetrin qiyməti 1350 avro olduğu halda, 2019-cu ildə bu göstərici 1560 avroya çatıb, yəni iki ildə 16% bahalaşıb. Bratislavada qiymətlər ümumiyyətlə ildə 8-12% artır.
Xaricilərin əmlak almaq imkanları
Ölkə həm varlı, həm də çox varlı olmayan əmlak investorları üçün sərfəli olub. Slovakiyada xaricilərin əmlak almasına heç bir məhdudiyyət yoxdur. Xaricilər burada mənzil, fərdi ev, kotec və sair əmlakları asanlıqla əldə edə bilərlər. Satışına qadağa qoyulan yeganə istisna kənd təsərrüfatı və meşə torpaqlarıdır.
Slovakiyada əmlakla MDB-dən olan aıcılar daha çox maraqlanır. Çünki burada əmlakla birlikdə yaşayış icazəsi də verilir.
Slovakiyanın mütləq bir üstünlüyü ondan ibarətdir ki, daşınmaz əmlak alarkən digər ölkələrdə tələb olunduğu kimi fondların maliyyə mənşəyini təsdiqləməyə ehtiyac yoxdur. Buradakı ödənişin avroda (milli valyutada) aparılması da faydalıdır - Çexiya, Macarıstan və ya Polşada olduğu kimi alıcı valyuta mübadiləsində itirmir. Slovakiyada mənzil qiymətləri, ipoteka kreditlərinin aşağı faiz dərəcələri səbəbindən artan tələb fonunda sürətlə bahalaşmaqdadır.
Slovakıyada ev almağın üstünlüklərı
«Global Real Estate Guide»nin bələdçilərinin Slovakiya mənzil bazarının araşdırmasına əsasən, burada daşınmaz əmlaka yatırımların illik gəlirliyi 4,5-5,2% arasında dəyişir. 50 kvadratmetrlik mənzil üçün - 5,25%, 120 kvadratmetrlik mənzil üçün 4.47%. Amma məsələ tək bunda deyil…
Nə qədər qəribə olsa da, Slovakiyanın əmlak bazarını cəlbedici edən ən vacib səbəb, ölkənin xaricində yerləşir. Bu - Slovakiyanın prestijli qonşusu Avstriya və onun yaxında yerləşən paytaxtı Vyanadır.
Təsadüfi deyil ki, son vaxilar Şamorin bölgəsi populyarlaşır. Avstriya ilə sərhəddə yerləşməsi bölgəni sürətlə inkişaf etdirir. Avstriyada biznesi olan bəzi alıcılar məhz Slavakiyada, sərhəd ərazisində yaşamağa üstünlük verirlər. Çünki çünki burda həyat səviyyəsi qonşu ölkə ilə müqayisədə daha ucuzdur.
Xüsusilə paytaxt Bratislavadan Avropanın digər paytaxtlarına bir addımdır: Vyanaya 60 km, Budapeştə 200 km, Praqaya 330 km. Bratislava, dünyanın üç dövlətinin - Avstriya, Çexiya, Macarıstan sərhədində yerləşən yeganə paytaxtdır. Bura yaşamaq, istirahət etmək və təhsil almaq üçün Vyanadan qat-qat ucuz yerdir. Bratislava işlərini Avstriyada cəmləşdirmək istəyənlər, Popradda bir ev almaq isə Polşada iş görənlər üçün sərfəlidir. Ukrayna ilə sərhəddən cəmi bir saatlıq məsafədə yerləşən Kositse, həmçinin Slovakiyanın metallurgiya və logistika mərkəzi kimi tanınır.
Bu gün Bratislavada bir çox xarici tələbə təhsil alır və Amazon, IBM, Booking.com və UBER kimi şirkətlərin qərargahları var. Bəzi italyanlar və ispanlar Bratislavada yaşayırlar, hətta avstriyalılar Vyanadakı yüksək qiymətlərə görə bu şəhərə köçürlər. İndi Bratislava yaxınlığında 100 km radiusda 1-2 otaqlı mənzili 50 min avroya almaq olar, 3-4 otaqlı mənzil isə 100 min ətrafındadır.
Ev və ya mənzıl?
Slovakiyanın gözəl təbiəti, ölkənin o qədər də böyük olmaması, abadlığı və nəqliyyatın yaxşı inkişaf etməsi ölkənin regionlarını da cəlbedici edir.
Slovakiyanın kiçik bir ölkədir: cənubdan şimala, magistral yol boyunca məsafə 400 km, qərbdən şərqə isə 500 km. Buna görə də, istənilən yaşayış məntəqəsindən regional mərkəzə avtomobillə bir saata, Bratislava, Vyana və ya Budapeştdəki beynəlxalq hava limanlarına isə 1-3 saata çatmaq olar.
Nəticədə, burada təkcə mənzillər deyil, fərdi evlər də rahat yaşamalı və yatırım etməli əmlak sayılır. Üstəlik, kvadratmetrin qiyməti, mənzillərə nisbətən fərdi evlərdə daha ucuzdur. Məsələn, Bratislavanın mərkəzindəki 1 otaqlı mənzilin qiymətinə şəhər mərkəzindən cəmi yarım saat aralıda, paytaxt ətrafında 3 otaqlı ev almaq mümkündür. Məsələn, Komarno bölgəsində yeni təmirdən çıxmış və yenilənmiş iki otaqlı evləri 60-70 min avroya almaq olar. Buna görə də, getdikcə daha çox slovaklar və əcnəbilər təbiətlə əhatə olunmuş şəhər əhatəsində şəxsi evlərində yaşamağı seçirlər.
Slovakiyada keyfiyyətli fərdi ev dedikdə sahəsi 400-800 kvadratmetrdən az olmamalıdır. Müasir avadanlıqlar (kondisioner, yeraltı istilik, cakuzi, ağıllı ev, mebel) norma sayılır. ancaq Slovakiyada qazın bahalı olduğunu xatırlamaq vacibdir, buna görə də demək olar ki, bütün yeni binalarda istilik və isti su elektrik hesabınadır.
Kommersiya əmlakı sərfəlidir
İllik qazancı 50 min avro oıan şirkətə sahib olanlar burada qısa müddətə milyonçu ola bilərlər. Şirkətin yerləşdiyi Podgajsk kurortu Slovakiyanın Ölü Dənizi adlanır, çünki kimyəvi tərkibi Ölü Dənizlə rəqabət edə bilən unikal termal su mənbəyi var. İnternat evinin ilkin qiyməti 500 min avro olsa da, indi sahibləri təqaüdə çıxaraq əmlakı daha tez satmaq üçün qiyməti 280 minədək endirməli olublar.
Niyə Slovakiya?
Maliyyə sisteminin etibarlılığına görə Slovakiya Avropa Birliyində 4-cü yeri tutur. Son 15 ildə Slovakiyada heç bir bank iflasa uğramayıb. Slovakiya əmlakının yüksək likvidliyi maliyyəni qorumaq və artırmaq üçün bir vasitədir.
Slovakların xoş niyyəti, sakit həyat tərzi, mülayim qış və isti yay ayları olan xoş iqlimi yaşamaq, işləmək, istirahət etmək və ya təhsil almaq istəyən əcnəbiləri bura cəlb edir. Miqrantların uşaqları təkcə Bratislavada deyil, qonşu Vyana gimnaziyaları və universitetlərində də təhsil ala bilərlər.
Avropanın başqa ölkələrindən fərqli olaraq Slovakiya qaçqın böhranına məruz qalmadı. Dövlət onlara başqa ölkələrin ərazisində kömək edir, amma ölkə daxilinə buraxmır.
Vergilər simvolikdir
Slovakiyada əmlak alarkən ödənən rüsumlar və digər xərclər də başqa Avropa ölkələri ilə müqayisədə nisbətən azdır. Satış müqaviləsinin xərcləri adətən 500-600 avro arasında dəyişə bilər. Kadastrda yenidən qeydiyyata alınması üçün inzibati rüsumlar (kadastra yeni məlumatların daxil edilməsi üçün ərizə, mülkiyyət dəyişikliyi haqqında ərizə) - 300 avro. Vergi orqanlarında qeydiyyat + yerli vergilər - ildə 100 avro.
Slovakiyada illik əmlak vergisi simvolikdir: 1 kvadratmetr üçün 0,2-0,4 avro. Hər bir yaşayış məntəqəsində fərdi nisbətlərdə hesablanır. Belə ki, 100 kvadratmetrlik üç otaqlı mənzil üçün vergi. Bratislavada ildə təxminən 40 avrodur. Torpaq sahəsi 400 kvadratmetr olan kənd ərazisindəki bir ev üçün illik vergi məbləği təxminən 80 avro olacaq.
Yaşayış icazəsi
Slovakiya bu gün Avropa Birliyində yaşayış icazəsinin ən asan olduğu ölkələrdən biridir. Slovakiya ərazisinə köçmək və bu ölkədə yaşayış icazəsi almaq üçün işin ən asan, ən sürətli və ən əlverişli yollarından biri şəxsin fərdi sahibkar kimi qeydiyyata alınması və ya direktor olduğu şirkət açmasıdır. Bəzən daşınmaz əmlak yalnız istirahət və ya gələcək üçün “ehtiyat hava limanına” sahib olmaq üçün əldə edilir. Bu variant əmlak sahibinə imkan verir ki, müntəzəm olaraq Şengen vizası alıb gəlib gedə bilsin, amma ölkədə 90 gündən çox qalmamaq şərtilə. Bu müddətin artırılması üçün yaşayış icazəsi almalısınız – Slovakiyada digər AB ölkələrinə nisbətən bu prosedur daha asandır - icazə ya əmlak alarkən, ya da fərdi bir müəssisə və ya şirkət qurarkən verilir.
Əlbəttə ki, digər ölkələrdə olduğu kimi, yaşayış icazəsi almaq üçün müraciət edənlər çox mərhələli yoxlamadan keçir və sənədlərin tam paketini təqdim edirlər. Daşınmaz əmlakın alınması və öz şirkətinin açılması investorun “ciddi niyyətlərini” təsdiqləyə bilər və yaşayış icazəsi üçün müraciət etməsinə yaxşı bəhanə olacaq, lakin buna zəmanət vermir. Beş il sonra ərizəçi daimi yaşayış üçün müraciət edə bilər. Bundan sonra şirkət bağlamaq olar, yaşayış icazəsinin uzadılması üçün illik gəlir hesabatları da artıq lazım deyil. Daimi oturum alanlar Slovakiya və Avropa Birliyinin digər vətəndaşları ilə eyni hüquqdadır.