Türkiyə yaşayış icazəsi almaq üçün əldə edilən daşınmaz əmlakla bağlı tələblər sərtləşdirilib.
FED.az xəbər verir ki, Türkiyə hökumətinin qərarı ilə yaşayış icazəsi almaq üçün tələb olunan daşınmaz əmlakın minimum məbləğ artırılır: indiki 50-70 min dollardan 200 min dollara.
Yeni qaydalar oktyabrın 16-dan qüvvəyə minib. Qeyd edək ki, indiyədək Türkiyədə yaşayış icazəsi almaq üçün əldə edilməsi tələb olunan əmlakların qiyməti aşağı idi.
Yəni əvvəllər əcnəbilər İstanbul, Ankara və Antalyada 75 min dollar, digər şəhərlərdə isə 50 min dollar dəyərində daşınmaz əmlak alarkən Türkiyədə yaşamaq icazəsi ala bilirdilər. İndi minimum məbləğ ölkənin bütün şəhərlərində 200 min dollara qədər artıb.