İyulun 1-dən etibarən Türkiyədə daşınmaz əmlak alışı üçün nağd ödənişlərə qadağa qüvvəyə minib.
FED.az xəbər verir ki, Türkiyə Nazirlər Kabinetinin hələ apreldə verdiyi bu qərara əsasən bütün əməliyyatların, o cümlədən bank krediti ilə əhatə olunmayan məbləğin hissələrinin rəsmi ödəniş sistemi vasitəsilə aparılması tələb edilir.
Vəsaitlərin köçürülməsi üçün bank və maliyyə qurumlarından istifadə əmlakın qeydiyyatı üçün məcburi tələbə çevriləcək. Hökumət elan edib ki, qaydalar əməliyyat təhlükəsizliyini artırmaq və qeydiyyatsız pul vəsaitlərinin hərəkəti ilə mübarizə aparmaq məqsədi daşıyır. Burada ödəniş sərt nəzarət altında addım-addım həyaat keçiriləcək.
Qaydaya görə, hətta əmlakı kreditlə alanda da, həm bütün məbləğ, həm də hissə-hissə ödənişlər hökmən sistem vasitəsilə sistem vasitəsilə emal olunmalıdır. Əmlak ipoteka ilə alınsa belə, alıcının özünün ödədiyi ilkin ödəniş də hökmən rəsmi köçürmə ilə edilməlidir.
Xatırladaq ki, bu sistemi aprelin sonundan tətbiq edilib, amma 2 ay – may və iyun ayları üzrə ondan istifadə könüllü idi. İyulun 1-dən sonra isə ev almaq üçün nağdsız ödənişlər məcburidir.
Bu qaydanı pozan şəxslər cəzalandırılacaq, tikinti şirkətlərinin isə lisenziyasının geri alınması baş verə bilər. Ekspertlər qeyd edirlər ki, yeni qayda Türkiyənin daşınmaz əmlak bazarını xarici investorlar üçün daha şəffaf edəcək, nəticədə ödənilən bütün məbləğlər dövlətə məlum olacaq.














