2019-cu ildə Türkiyədə 389,2 milyard lirəlik və ya indiki məzənnə ilə 64 milyard dollarlıq əmlak satılıb.
FED.az xəbər verir ki, Türkiyənin Tapu və Kadastr idarəsinin məlumatına görə, ötən il ölkədə satılan əmlakların sayı 2 milyon 338 min olub. Bununla da 2019-da ölkədə alınıb satılan əmlakın orta qiyməti 166,5 min lirə – 27,8 min dollar olub.
Eləcə də bax: Türkiyədə evi necə almaq olar? - ŞƏRTLƏR
Maraqlıdır ki, 2018-ci illə müqayisədə satılan əmlakların sayı azalsa da, onların ümumi dəyəri artıb. Belə ki 2018-də Türkiyədə ümumi dəyəri 341 milyard lirə olan 2,5 milyon əmlak satılmışdı.
Bu da böyük ehtimalla lirənin dollar qarşısında zəifləməsi ilə bağlıdır. 2019-da Türk Lirəsi ABŞ dolları qarşısında 11% zəifləyib və artıq indi 1 dollar 6 lirədən artıqdır.