Türkiyədə mənzillərin qiyməti sürətlə artır.
Eləcə də bax: Azərbaycanlılar 2020-ci ildə bu ölkədə 1100-dən çox - Mənzil Alıblar
FED.az xəbər verir ki, oktyabr ayının nəticələrinə görə, qiymətlər son bir ayda 2,2%, ötən ilin oktyabrı ilə müqayisədə isə 29,2% yüksəlib.
Bu barədə Türkiyə Mərkəzi Bankı (TCMB) məlumat yayıb. Bankın hesabladığı ev qiymətləri indeksinə əsasən, mənzillərin qiyməti nominalda 29,2%, real ifadədə isə 15,5% artıb.
Türkiyədə əmlak qiymətlərinin artımı ən çotx əmlak satılan 3 şəhərdə formalaşır.
2020-ci ilin oktyabr ayındə İstanbul, Ankara və İzmirdə qiymətlər son bir ayda 2,5%, 1,9% və 1,6% artıb. İllik qiymət artımı isə İstanbul, Ankara və İzmirdə müvafiq olaraq 27,3%, 29,1% və 28,9% təşkil edib.