Bu ilin yanvar-mart ayları ərzində 12 hərrac keçirilib. Hərraclarda kiçik dövlət müəssisəsi, 3 səhmdar cəmiyyətinin səhm paketi, 169 nəqliyyat vasitəsi özəlləşdirilib.
Qarabağda 10 yataq - HƏRRACDA SATILIR - QİYMƏTLƏR
12 rayonun bələdiyyə torpaqları - HƏRRACDA SATILIR - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, cari ilin ilk rübündə hərraca çıxarılan dövlət əmlakı üzrə 136 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 18 onlayn qoşulma reallaşıb.
Hesabat dövründə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 21,5 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxdur.
Bununla yanaşı, bu ilin yanvar-mart ayları ərzində 131-i qeyri-yaşayış, 542-si isə torpaq sahəsi üzrə olmaqla 673 yeni icarə müqaviləsi bağlanılıb. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 9,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artım qeydə alınıb.
Beləliklə, 2024-cü ilin yanvar-mart ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 30,7 milyon manat vəsait daxil olub.