2024-cü ildə Azərbaycanda ümumi sahəsi 2 milyon 361 min 591.9 kvadrat metr olan 20 149 ədəd yaşayış evi tikilib istifadəyə verilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 2 537 ədəd və ya 11,2% azalıb.
Belə ki, 2023-cü ilin müvafiq dövründə ölkədə ümumi sahəsi 2 milyon 483 min 61.7 kvadrat metr olan 22 686 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.
Qeyd edək ki, hesabat dövründə tikilib istifadəyə verilmiş fərdi yaşayış evlərinin sayı 11 522 ədəd olub ki, bu da illik müqayisədə 1 297 ədəd və ya 12,7% çoxdur.
Xatırladaq ki, bu mənzillərin 11 min 502 ədədi əhali tərəfindən, 6 min 341 ədədi qeyri-dövlət müəssələri tərəfindən, 2 min 306 ədədi isə dövlət müəssələri tərəfindən tikilib istifadəyə verilib.
Son bi il ərzində əhali tərəfindən tikilmiş mənzillərin sayı 1 277 ədəd (12%) artıb, özəl müəssisələr tərəfindən tikilmiş mənzillər 3 min 648 ədəd (37%), dövlət tərəfindən tikilmiş mənzillərin sayı 166 ədəd (7%) azalıb.