Neft müqavilələrinin əhatə etdiyi və ya mühafizə zolaqlarına düşən tikililərlə bağlı 1 ildən artıqdır ki, işçi qrupu yaradılıb.
FED.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaq Məcəlləsinə edilən dəyişikliklərlə bağlı keçirdiyi birifinqdə Xidmətin rəis müavini Rüstəm Şahbazov deyib.
O bildirib ki, işçi qrupu bu sahədə qanun layihəsinin hazırlanması üzərində çalışır:
"Bu gün də belə tikililərlə bağlı proses davam edir. Baxmayaraq ki, ciddi cəhdlə bütün qurumlar plansız tikintilərin qarşısının alınması ilə bağlı işlər aparır. Ona görə də həm bu istiqamətdə qanun layihəsi hazırlayırıq, həm də prosesin qarşısının alınmasına çalışırıq. Neft kontraktlarının əhatə etdiyi ərazilər və mühafizə zolaqlarında yaradılan tikililər, hüquqlarının tanınması mümkün olmayan tikililər var. Qanun layihəsi həmin tikililəri əhatə edəcək" (Apa).