Abşeronda yerləşən qeyri-yaşayış sahəsi hərraca çıxarılır.
FED.az xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 266 ünvanında yerləşən və hazırda “Rahat” supermarket kimi istifadə olunan qeyri-yaşayış sahəsi ilkin hərraca çıxarılıb.
Hərrac 8 dekabr 2025-ci il, saat 11:15-də başlayacaq. Obyektin hazırkı hərrac qiyməti 977 min 500 manat təşkil edir. Bu məbləğ əmlakın 85 faiz minimal satış qiymətinə uyğundur. Obyektin ilkin (bazar) dəyəri isə 1 milyon 150 min manat göstərilir.
Əmlakın ümumi sahəsi 411 kvadrat metrdir, 1 mərtəbədən ibarətdir və 1 otağı var. Ərazi tam təmirli vəziyyətdədir və hazırda ticarət sahəsi kimi istifadə olunur.
Hərrac şərtlərinə görə, iştirak etmək istəyənlər 15 manat iştirak haqqı ödəməli və 30 min manat beh yerləşdirməlidirlər. Hazırda hərrac üzrə iştirakçı sayı 0 olaraq göstərilir.
Əmlak barədə daha geniş məlumat və hərracda iştirak qaydaları rəsmi portal vasitəsilə əldə edilə bilər.










