Prezident İlham Əliyev 25 yanvar 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda dəyişiklik edib.
Eləcə də bax: Ekspert: «Rusiyadakı vəziyyət Bakıda mənzillərin satışına da təsir edəcək»
FED.az xəbər verir ki, bununla bağlı dövlət başçısı fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra dövlət xətti ilə kirayəyə verilən mənzillərin alış qiymətini vaxtından əvvəl tam və yaxud qismən ödəmək mümkün olacaq. İndiyə qədər bu, kirayə müqaviləsi bağlandıqdan azı 3 il keçəndən sonra mümkün idi.