2022-ci ildə Gürcüstanda evlərin kirayə haqqı 60% artıb.
Gürcüstanda ev və əmlaklar sürətlə bahalaşır – TBİLİSİDƏ QİYMƏTLƏR REKORD VURDU
FED.az xəbər verir ki, TBC Capital bankının məlumatına görə, 2022-ci ildə Gürcüstanda evlərin kirayə haqqı 60%, satış qiyməti isə 15% bahalaşıb.
«Bəzi aylarda qiymət artımı hətta 116-120%-ə çatırdı» - deyə «TBC Capital»ın tədqiqatlar şöbəsinin rəhbəri İrine Kvaxadze bildirib.
Gürcüstandakı biznes və kommersiya obyektlərinə gəlincə, bankın araşdırmasına görə, son bir ildə boş obyektlərin sayı kəskin azalıb, ticarət mərkəzlərinin doluğuq faizi yüksəlib, icarə qiyməti isə 22% artıb.
«Biznes mərkəzlərinin göstəriciləri də 2019-cu ili keçib. Belə ki, hazırda biznes mərkəzlərdə boş yerlər 11%-dək azalıb, əvvəl isə bu göstərici 34% idi deyə»– İrine Kvaxadze bildirib.