2022-ci ilin oktyabrında Tbilisidə mənzillərin alış-satış ilə bağlı əməliyyatların həcmi 34%, qiymətlər isə 27% artıb.
Eləcə də bax: Türkiyədə mənzillərin bahalığından – Xaricilər də narazı qalıb – SATIŞLAR AZALIR
FED.az xəbər verir ki, artıq Gürcüstan paytaxtında mənzillərin 1 kvadratmetrinin orta qiyməti 1000 dolları keçib və 1040 dollar təşkil edir.
TBC Capital bankının məlumatına görə, Gürcüstana miqrantların axını (Rusiya və Ukraynadan) Tbilisidə icarə qiymətlərini də yüksəldib. Təkcə sentyabrdla müqayisədə oktyabrda Tbilisidə mənzillərin icarə qiyməti 25%, son bir ildə isə 120% və ya 2 dəfədən çox artıb.
İcarə qiymətinin artımı mənzillərin satış qiymətinin artımını üstələdiyinə görə, hazırda Tbilisidə mənzillərin icarə baxımından gəlirliliyi 13%-ə yüksəlib.
Təkcə oktyabrda Tbilisidə 784 yeni mənzil satılıb – ötən ilin eyni dövründən 28% artıqdır. Köhnə mənzillərin satışı isə 35% artıb.
Bu dövrdə Tbilisinin əmla alışı baxımından ən «dəbdə olan» rayonları Çuqureti (satışlar 78% artıb), Krsanisi (59% artıb) və İsani olub (58%). Məşhur Mtasminda rayonunda isə əksinə, satışlar 9% aşağı düşüb.
Qiymət artımı isə ən çox Mtasminda (+38%), Saburtalo (+35%) və Nadzaladevi (+23%) rayonlarında baş verib.
Oktyabrda Tbilisinin bəzi rayonlarında əmlakların icarə gəlirliyi rekord həddə çatıb. Belə ki, Didi Diqomi rayonunda bu göstərici (18,9%), Qldanidə (16,3%) və Samqoridə (16%) təşkil edib.