Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-iyul ayları ərzində dövlət əmlakının icarəsindən büdcəyə 19.3 milyon manat vəsait ödənilib.
Dövlət Xidməti sentyabr ayına özəlləşdirmə hərraclarını - ELAN EDİB
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin 7 ayı ərzində qeyri-yaşayış sahəsinə dair 418 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,6 milyon manat vəsait ödənilib.
Cari ilin yanvar-iyul aylarında 1.497 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 15,7 milyon manat məbləğində vəsait ödənilib.
Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2023-cü ilin yanvar-iyul ayları ərzində 1.915 yeni icarə müqaviləsi bağlanılıb. Bu ilin yanvar-iyul ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 19,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub və proqnoza 147,7% əməl edilib.