Əmlak Məsələləri Dövlət Xidməti bu ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının icarəyə verilməsi üzrə 2 847 yeni icarə müqaviləsi bağlayıb.
Eləcə də bax: 8 ayda özəlləşdirmədən - 38 MİLYON MANAT ƏLDƏ EDİLİB
FED.az xəbər verir ki, bundan 586-sı qeyri-yaşayış sahələri üzrə, 2 261-i isə torpaq sahələrinə dair olub.
Bağlanmış icarə müqavilələrinin sayı 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2,8 dəfə çoxdur.
Daşınmaz dövlət əmlakının icarəsindən bu ilin 8 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 16,8 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.