Mayın 19-da, saat 12:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində Gəncədən olan vətəndaşları qəbul edəcək.
Bu barədə FED.az-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya [email protected] elektron ünvanı vasitəsilə, həmçinin qurumun Gəncə Ərazi İdarəsinə (telefon: 055 691 05 77, elektron ünvan: [email protected] ) 16 may saat 18:00-a qədər müraciət etməklə qeydiyyatdan keçə bilərlər.