Çin hökuməti təhlükəsizlik məqsədilə 500 metrdən yüksək binaların tikintisini qadağan edib.
Eləcə də bax: Dünyanın ən hündür oteli açılıb - 632 METR!
FED.az xəbər verir ki, hökumət, həmçinin hündürlüyü 250 metrdən çox olan binaların tikilməsini məhdudlaşdırıb. Yüz metrdən hündür binaların inşasına isə yalnız o hallarda icazə verilir ki, həmin rayonlarda yanğının sürətlə söndürülməsi üçün bütün lazımi şərait olsun.
Qəzetin məlumatına görə, dünyadakı super göydələnlərin yarısı Çində yerləşir. (Azərtac)