İyunun 13-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyri-yaşayış binalarının icarəyə verilməsi üzrə müsabiqə keçirilib.
Agentlik 2 milyon manata bina icarəyə götürür - TENDER ELANI
FED.az xəbər verir ki, Bərdə və Sabirabad rayonları yerləşən qeyri-yaşayış binaları icarəyə verilib.
Xidmətdən FED.az-a verilən məlumata görə, müsabiqə nəticəsi ilə bağlı ətarflı https://clck.ru/36iFgs linki vasitəsilə tanış olmaq olar.
Qeyri-yaşayış binalarının icarəyə verilməsi üzrə 13 iyun 2024-cü il tarixində keçirilmiş müsabiqələrin nəticələri barədə məlumat :
Bərdə rayonu, Kələntərli kəndi ünvanında yerləşən 22,9 kv.m. qeyri-yaşayış binasının icarəyə verilməsi barədə keçirilmiş müsabiqənin qalibi - Hüseynov Rafiq Bayram oğlu olmuşdur.
Bərdə rayonu, Şorəlli kəndi ünvanında yerləşən 28,0 kv.m. qeyri-yaşayış binasının icarəyə verilməsi barədə keçirilmiş müsabiqənin qalibi - Bayramov Vüsal Rafiq oğlu oğlu olmuşdur.
Sabirabad rayonu, Narlıq kəndi ünvanında yerləşən 22,8 kv.m. qeyri-yaşayış binasının icarəyə verilməsi barədə keçirilmiş müsabiqənin qalibi - Səfərov İntiqam Bəhram oğlu olmuşdur.
Sabirabad rayonu, Əsgərbəyli kəndi ünvanında yerləşən 31,5 kv.m. qeyri-yaşayış binasının icarəyə verilməsi barədə keçirilmiş müsabiqənin qalibi - Qasımov Şahsuvar Kamal oğlu olmuşdur.
Müsabiqə qalibləri ilə həmin qeyri-yaşayış binalarının icarəyə verilməsi barədə icarə müqaviləsinin bağlanılması təmin olunmuşdur.