Ötən həftə Avropada müşahidə olunan günəş tutulması hadisəsi qitənin daşınmaz əmlak bazarında «bomba» effekti yaradıb.
FED.az xəbər verir ki, günən tutulmasını izləmək üçün turistlərin və səyahətçilərin marağı nəticəsində bəzi ölkələrlə, hansı ki, günəş tutulması müşahidə olunurdu, kirayə qiymətləri kəskin artıb.
Günən tutulması ətrafında yaranmış ajiotaj xüsusilə İslandiya və İspaniya otellərinə qiymətləri bir gecə üçün 1000 dollardan yuxarı qaldırmağa imkan verib.
«Lighthouse Intelligence» analitin xidmətinin məlumatına görə, artıq günəş tutulmasına 12 ay qalmış bu hadisənin müşahidə olunacağı əsas şəhərlərdə qiymətlər bir neçə dəfə yüksəlib. Ən bahalı istiqamət İslandiya olub – burada günən tutulmasına bir həftə qalmış otelin bir gecəlik qiyməti 1012 dollara yüksəlib. Bu 2025-ci ildəki qiymətlərlə müqayisədə 2 dəfə artım deməkdir. Mənzillərin qısamüddətli kirayə qiyməti isə 1,8 dəfə artaraq bir gecə üçün 1172 dollara yüksəlib.
İspaniyanan Bilbao şəhərində mənzillərin qısamüddətli icarə qiyməti 2 dəfə artaraq 1088 dollara yüksəlib. Hərçənd hotellərdə qiymətlər daha az 35% artaraq 350 dollara çatıb. Bu hadisənin müşahidə olunduğu ən ucuz şəhər isə Santyaqo-de-Kompostela olub – burada qiymətlər bir hotel nömrəsi üçün 193 dollar olub ki, bu da əvvəlki ildən cəmi 13% bahadır.
«Lighthouse» ekspertləri qeyd edir ki, müxtəlif ölkələrin otelləri günəş tutulmasında qiyməti artırmaq üçün fərqli strategiyadan istifadə ediblər. Belə ki, İslandiya otelləri spekulyativ formada işləyərək hadisəyə hələ bir il qalmış həmin günlər üçün qiymətləri 3-4 dəfə artırıblar. Nəticədə nömrələrin hamısı dolmayıb və avqustun 10-da hotellər qiyməti 40-50% aşağı salmalı olublar ki, otrqlar dolsun – qiymət 800 dollara düşüb.
İspaniya otelçiləri isə əksinə, təcrübəli hərəkət edərək sadəcə mövsümi tariflər tətbiq ediblər, otellər dolduqca qiymət artmağa başlayıb. Nəticədə sonda qiymətlər yenə də kəskin artıb. Məsələn, La-Korunya da günəş tutulması günlərində otellərə tələbat 5 dəfə artıq olub.
Mənzilini qirayəyə verənlər də bu hadisələn ciddi qazanc götürüblər. Belə ki, İslandiyada 9000 icarəyə verilən mənzilin 64%-indən bu hadisə görünəb, bunlarda tələbat və qiymət 40% artıb. İspaniyada isə icarəyə verilən mənzillər 365 mindir, onların 21%-dən günəş tutulması görünür.
Yeri gəlmişkən, analiiklər bildirir ki, Avropanın daşınmaz əmlak və turizm bazarında əsas trend - tələbatın cənubdan nisbətən şimala sürüşməsidir, səbəb qlobal iqlim dəyişikliyi və qitənin cənubunda anormal istilərin başlamasıdır.












