Azərğaycan vətəndaşları 2024-2025-ci illərdə Türkiyədən 2000-dən artıq əmlak alıblar.
FED.az xəbər verir ki, 2025-ci ildə Azərbaycan vətəndaşları Türkiyənin müxtəlif bölgələrində 983 mənzil, 101 obyekt alıblar.
Bu 2024-cü illə müqayisədə təxminən 10% artıqdır, belə ki, 2024-də azərbaycanlıların Türkiyədə aldıqları əmlakların sayı 972 olub. Onlardan 911-i mənzil, 61-i obyekt olub. Ümumilikdə son 2 ildə vətəndaşlarımız qarbaş ölkədə 2056 mənzil əldə ediblər.
Türkiyədə ev almağa maraq 2026-cı ildə də davam edir. Belə ki, 2026-cı ilin yanvarında azərbaycanlılar Türkiyədən 54, fevralda isə 60 olmaqla, ümumilikdə 114 mənzil, 17 obyekt alıblar.











