Yerin təkindən istifadə ilə bağlı 06 dekabr 2021-ci il tarixində keçirilmiş hərracın nəticələri haqqında məlumat açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, hərracda Xızı rayonu “Sitalçay” qum-çınqıl yatağı və “Yeni Yaşma I” qum yatağı, Ağsu rayonu “Sulutçay” qum-çınqıl yatağı, Göygöl rayonu “Üçtəpə-Qızılqaya” qranit yatağı, Salyan rayonu “Salyan” gil yatağı satılıb.