Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 89,6 milyon manat vəsait daxil olub.
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən daxilolmalar 85 %-ə yaxın artıb
FED.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73,65 % çoxdur.
4 ay ərzində qurum 23 hərrac keçirib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 413 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 197-si qeyri-yaşayış, 1.439-u torpaq sahələri üzrə olmaqla 1 636 yeni icarə müqaviləsi bağlayıb. Bu isə 1 il əvvələ nisbətən 13,3 % çoxdur. Son nəticədə dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə illik müqayisədə 25 % çox - 18,5 milyon manat vəsait ödənilib.
Beləliklə, yanvar-aprel aylarında özəlləşdirmə və icarəən büdcəyə ümumilikdə 108,1 milyon manat vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 62,8 % çoxdur.













