Oktyabrın 22-də Azərbaycanın regionlarında 10 torpaq müsabiqəsi və 19 hərrac keçirəcək.
Qeyri-yaşayış sahələri icarəyə veriləcək - Aylıq icarə qiyməti 8 manatla 212 manat arasında dəyişir
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.
Məlumata görə, hərraclar Dövlət Xidmətinın Sumqayıt, Ucar, Bərdə, Tovuz, Xaçmaz və Beyləqan ərazi şöbələrində olacaq. Müsabiqə və hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 29 torpaq sahəsi çıxarılacaq.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.