“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan təyyarələr üzrə 30 yanvar 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulan hərrac ləğv edilib.
"Azercell Telekom"a məxsus nömrələr - HƏRRACA ÇIXARILDI - QİYMƏTLƏR
FED.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac sifarişçinin müraciəti ilə ləğv edilib.
Xatırladaq ki, hərracda 1992–2005-ci illər arasında istehsal edilmiş 4 ədəd təyyarə satışa çıxarılacaqdı. Bu təyyarələrin start qiyməti 508 000 manatdan başlayaraq 1 239 000 manata qədər dəyişirdi.