Ağdam rayonu ərazisində yerləşən “Şahbulaq” əhəng daşı yatağı istifadəyə verilib.
Naxçıvanda ilk dəfə faydalı qazıntı yataqları üzrə hərrac keçirilib - FOTO
FED.az xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ilə əlaqədar tələb olunan xammal həmin ərazilərdə yerləşən faydalı qazıntı ehtiyatları hesabına təmin edilir: "2021-2022-ci illər ərzində yol infrastrukturunun qurulması, hava limanlarının tikintisi və sosial layihələrinin icrası məqsədilə 11 qeyri-filiz faydalı qazıntı yatağı daxilində tələb olunan xammaldan istifadəyə razılıq verilib. Əlavə olaraq bu il Ağdam rayonu ərazisində yerləşən “Şahbulaq” əhəng daşı yatağı istifadəyə verilib". (Report)