ABŞ-nin Bakıdakı Səfirliyi istifadə edilmiş əşyalarını hərraca çıxarıb.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, istifadə edilmiş kompüter/telekommunikasiya avadanlıqları, ofis mebeli, avtomobil və müxtəlif əşyalar üzrə internet üzərindən (onlayn) hərrac keçiriləcək.
Hərrac sentyabrın 8-i saat 10:00-da başlayacaq və sentyabrın 10-u saat 12:00-da bağlanacaq.
Qaydalar və şəkillərlə tanış olmaq üçün qeydiyyatdan keçmək tələb olunur.