Almaniyada, Berlin ətrafında ayı 550 avroya kirayə təklif edilən mənzil ətrafında əsl ajiotaj yaranıb.
FED.az xəbər verir ki, iki otaqlı, 54 kvadratmetrlik mənzilə baxmaq üçün təyin edilən gün 1749 müştəri gəlib. Almaniyada, xüsusilə iri şəhərlərdə kirayə haqqı yüksək olduğundan, ayda 550 avro kirayə haqqı ilə (üstəlik kommunal haqlar da daxil olmaqla) mənzil tapmaq böyük uğur sayılır. Ona görə də noyabrın 24-də mənzilin yerləşdiyi binanın qarşısında əsl izdiham yaranıb.
Eləcə də bax: Siciliyada evlər 1 avroya satılır - FOTO
Berlinin Şeneberqe rayonunda 3-cü mərtəbədə, mənzərəsi olan mənzilə baxmaq istəyənlər o qədər çox olub ki, rieltorlar müştəriləri 20-30 nəfərlik qruplara bölməli olublar. Bəzi müştərilər belə çox adam dəvət etdiyinə görə, ev sahiblərinə hiddətləniblər. Bununla yanaşı, ev sahibi elan edib ki, imkanlı şəxslərin və əmlakı olanların təklifləri qəbul edilməyəcək. Mənzilin kiməyə kiraə veriləcəyi 10 gündən sonra açıqlanacaq.