2023-cü ilin yanvar-avqust aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,4% artaraq 12 milyard 80,4 milyon manat təşkil edib.
Azərbaycanda vergi ödəyicilərinin sayı - 1,5 MİLYONA YAXINLAŞDI
FED.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında bu haqda paylaşım edib.
"Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% artaraq 6 milyard 865,6 milyon manat olub", - nazir bildirib.