Rabitabank OJSC
Komplayens departamentinin ƏL/TMM şöbəsə Aparıcı/Baş mütəxəssis
Son tarix 18 may 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Müştərilərlə aparılan əməliyyatlar zamanı cinayət və qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılmasının vaxtında qarşısının almaq və aparılan bank əməliyyatları üzərində səmərəli nəzarət mexanizmini həyata keçirmək;
- Maliyyə monitorinqi sahəsində prosedur və qaydaların yazılmasını təmin etmək;
- Bankın ƏL/TM qаrşı sahəsində siyasətinin həyata keçirilməsi üçün planların tərtib edilməsi və icrası;
- Bank tərəfindən həyata keçirilən əməliyyatların gündəlik monitorinqini aparmaq, cari, şübhəli və digər tələb olunan əməliyyatlar barədə müvafiq hesabatlar hazırlayaraq şöbə rəisinə təqdim olunmasını təmin etmək;
- Qeyri-adi və şübhəli əməliyyatları aşkar etmək, müştərinin və benefisiarların eyniləşdirmə və verifikasiya prosedurunu həyata keçirmək;
- ƏL/TM üzrə risk qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçiriməsi;
- Yüksək riskli əməliyyatlara və müştərilərə münasibətdə monitorinqlərin aparılması;
- ƏL/TM tədbirləri üzrə məlumat bazadının araşdırılması və təhlili;
- ƏL/TM fəaliyyəti üzrə müxtəlif hesabatların hazırlanması;
- ƏL/TM sahəsində avtomatlaşdırma proseslərində iştirak etmək;
- Qanunvericilikdə nəzərdə tutulmuş hallarda Maliyyə Monitorinqi xidmətinə həyata keçirilmiş əməliyyatlara dair məlumatların və sənədlərin təqdim olunması barədə sorğulara cavab hazırlamaq;
- Şöbəyə daxil olmuş müxtəlif sorğulara cavablar hazırlamaq;
- CRS\FATCA üzrə hazırlanmış müvafiq hesabatların Vergilər Nazirliyinə ötürülməsi;
- Əməkdaşlıq etdiyimiz banklar ilə Özünüqiymətləndirmə sorğu vərəqələrinin qarşılıqlı mübadiləsini təmin etmək;
- Xarici banklardan daxil olan sorğuları araşdırmaq və cavab məktubunu hazırlamaq; Yeni və mövcud müxbir bankların illik KYC qiymətləndirilməsini yeniləmək;
- AML məsələləri ilə bağlı filiallardan və şöbələrdən daxil olan müraciətlərə cavab vermək;
- Sahə kuratorunun, habelə birbaşa rəhbərinin müvafiq struktur bölmənin fəaliyyəti ilə bağlı göstərişlərini yerinə yetirmək;
- ƏL/TM sahəsində fəaliyyət üzrə əməkdaşlara mütəmadi təlimlərin keçirilməsi üçün səylər göstərmək.
Tələblər:
- Ali təhsil - İqtisadiyyat, hüquq sahəsində;
- Bankda ən azı 2 il təcrübə;
- ƏL/TMM sahəsində yerli qanunvericiliyin və normativ xarakteli aktların tələbləri və standartları barədə anlayışların olması;
- ƏL/TMM sahəsində beynəlxalq standartlar üzrə biliklərin olması;
- Sanksiya rejimləri üzrə biliklərin olması;
- Dil bilikləri :Azərbaycan dili -əla, İngilis dili – Yaxşı ( məs.TOEFEL ən azı 75, IELTS ən azı 5.5,), rus dili (arzuolunandır);
- Kompyuter bilikləri : MS Exel, MS Word;
- Analitik düşüncə qabiliyyəti.