Agro Food Investments
Büdcələmə və hesabatlılıq üzrə aparıcı/baş mütəxəssis
Son tarix 13 avq 2023 - Müraciət et
Təsvir:
- Törəmə müəssisələr üzrə Aylıq maliyyə hesablarının (Mənfəət/Zərər, Balans, Pul hərəkəti) nəzərdən keçirilməsi;
- Törəmə müəssisələr üzrə aylıq maliyyə hesabatlarının konsolidasiyasını həyata keçirmək;
- Müvafiq hesabatlarda müşahidə olunan uyğunsuzluqların aradan qaldırılmasına dəstək;
- Törəmə müəssisələr üzrə illik büdcənin hazırlanmasının koordinasiyası;
- Törəmə müəssisələr üzrə Büdcə-fakt analizlərinin aparılması;
- Müəyyən layihələr üzrə iqtisadi əsaslandırma (feasibility) hesabatının hazırlanması
- Maliyyə nəzarəti məqsədilə xərclər üzrə analitikanın aparılması
- Rəhbərliyin tapşırığına əsasən xüsusi növ hesabatların hazırlanması
- Daxili Audit zamanı törəmə müəssisələr üzrə maliyyə məlumatlarının təqdim edilməsi
Tələblər:
- Təhsil - Ali (Maliyyə, mühasibatlıq, iqtisadiyyat, biznesin idarəedilməsi və əlaqədar ixtisaslar);
- İş təcrübəsi - 3-5 il;
- Sertifikasiya - ACCA və DipİFR sertifikatlarının olması üstünlükdür.
- Maliyyə hesabatlarının hazırlanması və konsolidasiya etmək bacarıqları;
- Yüksək səviyyədə MC Office xüsusilə excel, PPT bilikləri;
- Məsuliyyətli, detallara fikir vermə, konfidensiallığı qorumaq, peşəkar davranış, yenilikçi kimi bacarıqlara sahib olmaq.
Sosial imtiyazlar:
- Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
- ACCA sertifikatları
- Nahar təminatı
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma
- Korporativ nömrə