Company
Ödənişlər üzrə mühasib
Son tarix 01 noy 2026 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Gündəlik ödəniş sifarişlərini yoxlamaq və ödəniş tapşırıqlarını hazırlamaq;
- Təchizatçı və podratçılara ödənişləri təsdiqedici sənədlər əsasında icra etmək;
- İnternet bankçılıq vasitəsilə bank əməliyyatlarını həyata keçirmək;
- Bank çıxarışlarını mühasibat proqramına işləmək və hesab qalıqlarını üzləşdirmək;
- Kreditor borcların, avansların və ödəniş müddətlərinin uçotunu aparmaq;
- Təchizatçılarla qarşılıqlı hesablaşmaları yoxlamaq və üzləşmə aktlarını hazırlamaq;
- Əməkhaqqı, vergi və digər məcburi ödənişləri təsdiqlənmiş hesablamalar əsasında köçürmək;
- Gündəlik və həftəlik ödəniş hesabatlarını hazırlamaq;
- Ödəniş sənədlərini arxivləşdirmək.
Namizədə tələblər:
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi;
- Bank əməliyyatları və qarşılıqlı hesablaşmalar üzrə biliklər;
- Excel və mühasibat proqramları — 1C və ya Mikro ilə işləmək bacarığı;
- İnternet bankçılıq və elektron qaimə sistemi ilə iş təcrübəsi;
- Dəqiqlik, məsuliyyətlilik və ödəniş müddətlərinə riayət etmək bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti
- İş qrafiki: Həftə içi 5 günlük iş həftəsi;
- Əməkhaqqı: 1000 AZN net;
- Əmək müqaviləsi ilə rəsmi işə qəbul.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.













