Tədris Mərkəzi
Baş Direktor (Təlim Tədris İşləri üzrə)
Son tarix 21 mar 2024 - [email protected]
İş qrafiki : 09:00 – 18:00 (İstirahət günü – Bazar )
Əmək haqqı: 2000-3000 AZN + (Mənfəətlilikdən Bonus)
Vakansiyanın təsviri:
- Rəhbərlik edəcəyi kursun heyətini idarə etmək
- İşçilərin işinin qiymətləndirməsini aparmaq
- Ehtiyac yarandığı təqdirdə müvafiq görüşlər təşkil etmək
- Kursun daxili nizam-intizam qaydalarına riayət edilməsini təmin etmək
- Kurs daxilində rəqabət mühitini formalaşdırmaq və əməkdaşları davamlı motivasiyada saxlamaq
- Gündəlik müvafiq yoxlamaları və təqibi həyata keçirmək
- Kadr seçimi həyata keçirməklə yanaşı kursun fəaliyyətini axsatmamaq üçün Kadr ehtiyacını vaxtında müəyyən etmək
- Pedoqoji (Müəllim heyəti) və Qeyri-pedoqoji heyəti seçib işə götürmə prosesləri
- Tədris metadologiyasından anlayışlı olmaqla yanaşı,tədris ləvazimatının seçimi və tənzimlənməsi;
- Dərslərin keyfiyyətini təmin etmək üçün dərsləri müşahidə etmək, lazım olan dəyişiklikləri təklif etmək;
- Müəllim proqramlarının düzgün tərtibinə nəzarətin həyata keçirilməsi;
- Kursun müştəri bazasının genişləndirilməsi üçün kursa yeni müştərilər cəlb etməyin üsullarını təklif etmək, müştərilərə yüksək səviyyəli xidmətlərin göstərilməsinin təşkil etmək;
- Kursun reytinqinin yüksəldilməsinə, müvafiq bazarda aparıcı mövqelərin tutulmasına, müştəri bazasının genişləndirilməsinə nail olmaq, xidmətlərinin həcmini genişləndirmək, keyfiyyətinin yüksəldilməsi və xidmətlərin artırılması vasitəsilə kursun fəaliyyətini təmin etmək;
- Gündəlik, həftəlik və aylıq yenilənən hesabatlar tərtib etmək, rəhbərliyi işin gedişatı ilə bağlı məlumatlandırmaq;
- Marketinq strategiyasını işləyib hazırlamaq və onun yerinə yetirilməsini təmin etmək
- Reklam, Marketing və PR strategiyalarını effektiv yolla tətbiq edərək kursun tanıtımını həyata keçirmək
- Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparmaq, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyən etmək
- Bazarda rəqiblərin araşdırılması və onlar üzrə məlumat bazası yaradılmasını təşkil etmək və onu daimi təkmiləşdirmək
- Şirkətin imicinin formalaşdırılmasını təmin edən tədbirlər görmək
- Müxtəlif sahələrdən olan partnyorlarla danışıqların aparılmasını və strateji tərəfdaşlıqların qurulmasını təmin etmək
- Təlim ehtiyaclarını müəyyən etmək və zərurət yarandığı təqdirdə müvafiq sahələrdə işçiləri təlimləndirmək
- Kursun fəaliyyətinin cari, gələcək plan və proqramlarının tərtibatını təşkil etmək, onları Rəhbərliyin təsdiqinə təqdim etmək, Rəhbərliyin təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək
- Strateji hədəf və məqsədləri müəyyən etmək, bu məqsədləri həyata keçircək alətlərdən istifadə metodlarını müəyyən etməklə dayanıqlı sistem fəaliyyətini təmin etmək
- Səlahiyyətləri çərçivəsində Rəhbərlikdən gələn müvafiq tapşırıqları icra etmək
- Şirkətin maliyyə işlərinə nəzarət etmək və mali hesabatların düzgün və vaxtında təmin edilmsinə nəzarət
- Xərclərə nəzarət və xərclərin düzgün idarə olunması
- Aylıq maliyyə və fəaliyyət hesabatının tərtibi, rəhbərliyə təqdim olunması;
- Call center-in xidmət fəaliyyətinin yaxşılaşdırılmasına nəzarət etmək
- Korporativ satış sistemini qurulması və tətbiqi
Vakansiya tələbləri:
- Ali təhsil (Menecment , Pedaqoji, İctimaiyyətlə əlaqələr və s.)
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi
- Kargüzarlıq sahəsi üzrə biliklərin olması vacibdir
- Satış, Reklam və Marketinq sahəsi üzrə biliklər olması şərtdir
- Təmkinlik, etibarlılıq, özünə inam və məsuliyyətli olmaq qabiliyyəti
- Azərbaycan dilində səlis danışıq, ingilis və rus dili yaxşı səviyyədə olmalıdır
- Əla yazılı və şifahi ünsiyyət bacarığı
- Şirkətin işlərini planlaşdırma bacarığı
- Korporativ idarəetmənin prinsiplərini bilməli
Namizədin şəxsi keyfiyyətləri:
- İdarəçilik və liderlik bacarıqları
- Komanda ilə işləmə bacarıqları
- Analitik düşüncəyə malik olmalı
- Yeni proyektlər təklif etmək
- Çevik qərar verə bilməli
- Stress altında işləyə bilmə qabiliyyəti
- Yüksək səviyyədə təqdimat və inandırma bacarıqları
- Davamlı olaraq özünü və rəhbərlik etdiyi heyətin inkşafına maraqlı olmalı
- Məsuliyyətlilik, Dəqiqlik və loyallıq kimi keyfiyyətlərə sahib olmalıdır.
Göstərilən tələblərə uyğun gələn namizədlər öz CV-lərini 20.03.2024-ci il tarixinə kimi, "Baş Direktor" başlığı ilə e-mail ünvanına göndərməlidir.