Bu ilin yanvar-may aylarında Türkiyəyə 57 min 885 nəfər Azərbaycan vətəndaşı səyahət edib.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Antalyaya 6 ayda 4,5 milyon turist gəldi - TÜRKİYƏYƏ MİLYONLAR AXIR
Bildirilib ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 9 900 nəfər və ya 14,7 % azdır. Türkiyəyə gedən azərbaycanlılar bu ölkəyə səfər edən millətlərin 1,29 %-ni təşkil edir.
Qeyd edək ki, bu ilin 5 ayında Türkiyəyə ən çox səfər edən Rusiya, Almaniya, İngiltərə, Bolqarıstan və İran vətəndaşlarıdır. (Report)