Türkiyənin məşhur biznes strukturlarından olan «Doğuş Holdinq» otellərini satışa çıxarıb.
FED.az Türkiyə mətbutaına istinadən xəbər verir ki, Doğuş Holding İtalyadakı lüks «Capri Palace»ə daxil olan bütün otellərini satmaq üçün alıcılarla görüşüb. Otelləri Portuqaliyadan, İspaniyadan, İtaliyadan, Asiyadan və Yaxın Şərqdən almaq istəyənlər var.
Doğuş Holding bu günə qədər təxminən 1 milyard avro pul xərclədiyi otellərin hamısı "lüks"dür. Məsələn, 2 Michelin ulduzlu restoranı olan 68 otaqlı Capri Palacenin 1 gecəsi 8 163 avrodur (16 081 manat).
Qeyd edək ki, hazırda holdinqin vəziyyəti elə də yaxşı deyil, oktyabrın 9-da beynəlxalq kredit reytinq agentliyi Standard & Poors (S & P), Doğuş Holdinqin kredit reytinqini B-dən B'-ə endirib.